Məktəb 1966-cı ildə təşkil olunmuşdur və hal-hazırda Bakı şəhəri, Nizami rayonu, Şərifzadə küçəsi 1 b ünvanında fəaliyyət göstərir. Məktəb 19 sinif otağından ibarətdir, təmir edilmişdir və lazım olan inventar və avadanlıqlarla, musiqi alətləri ilə təchiz
edilmişdir.Məktəbdə 192 şagird 6 ixtisas- tar, nağara, qarmon, fortepiano, xanəndə, və kamança ixtisasları üzrə musiqi təhsili alır və onlara 57 ixtisaslı müəllim musiqi təhsili öyrədir.
Məktəbin şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblı, müəllimlərdən ibarət xalq çalğı alətləri ansanblı və xor kollektivi vardır. Bu kollektivlər rayon və respublika miqiyasında keçirilən mədəni- kütləvi tədbirlərdə uğurla çıxış etmişlər.
Məktəbin şagirdləri hər il Respublika və beynəlxalq səviyyəli festivallarda uğurla çıxış edirlər
2011-ci ildə keçirilən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin
bərpasının iyirminci ildönümünə həsr olunmuş “Milli musiqi alətləri ifaçılarının
respublika festivalı”nda çıxışına görə məktəbimizin tar ixtisası üzrə IV sinif şagirdi
Məhərrəmov Nizam Ümüd oğlu Tərifnamə ilə təltif edilmişdir.
04.03.2012 ci ildə keçirilən Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xanəndəlik ixtisası üzrə Xan Şuşinski adına resbubilka muğam festifalında məktəbimizin şagirdləri Abasbəyli Taleh Mahir oğlu diplomla, Sadıqlı Nərmin Ziyad qızı isə Fəxri Fərmanla təltif edilmişlər.
Məktəbimizin 32 nəfərdən ibarət xor kollektivi 21.04.2012 ci il tarixdə keçirilən xor kolektivlərinin III Respubilka baxışında uğurla çıxış etmişlər Məkətəbin direktoru Gülsüm Məhərrəmovanın təşkilatçlığı ilə 28 Aprel 2015 ci-ildə
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının
92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan
mədəniyyəti” mövzusunda elmi-bədii konfrans keçirilmişdir.
Konfrans çərçivəsində Ulu Öndərə həsr olunmuş musiqi lövhələrindən nümunələr
Laçın Şəhər 1nömrəli uşaq musiqi məktəbinin şagirdləri tərəfindən nümayiş etdirilmişdir.
8 noyabr 2017-ci il tarixində Ağcabədi Regional Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan musiqi məktəbləri 9 noyabr- Azərbaycan Respublikası Bayrağ günü, 12 noybar- Azərbaycan Respublikası konstitutsiya günü münasibətilə Bayram konserti keçrmişdilər. bu tədbirndə təşkilatçısı Laçın şəhər 1 nömrəli musiqi məktəbinin direktoru Gülsüm Məhərrəmova olmuşdur. Məktəbin Müəllimlərdən ibarət ansmblı tədbirin müşayətçisi olmuşdur.